“Danimarkanın Gürcüstanda "demokratik Halloween"i maliyyələşdirməsi məyusedicidir” - Beka Odişaria

10:48 15.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Danimarka Krallığının və onun Gürcüstandakı diplomatik nümayəndəliyinin və ya başqa təsisatların demokratiya festivalını deyil, “demokratik” “Halloween”i maliyyələşdirməsi məyusedicidir. Orada nümayiş etdirilən bannerlər və mövcud şərait mənə bunu deməyə haqq verir. Görün dırnaqarası festival necə dəstəklənibsə, marginallar bir-birlərinin pavilyonlarına keçirdilər”.

Hafta.az-ın yazdığına görə, bu haqda parlamentin diaspor və Qafqaz məsələləri komitəsinin sədri Beka Odişaria deyib.

O, sözügedən tədbirin Gürcüstanın daxili siyasi proseslərinə kobud müdaxilə olduğunu və buna müvafiq reaksiya veriləcəyini bildirib.

“Əgər bəzi təsisatlar Gürcüstanın daxili siyasi proseslərinə kobud müdaxilə olan bu cür “siyasi gəzintilərin” təşkilini maliyyələşdirmək istəyirlərsə, o zaman bilməlidirlər ki, biz onları seçkilərdən sonra ədalətli və qərəzsiz hakimlər kimi tanımayacağıq və bunu etmək üçün bizim hər cür mənəvi və qanuni haqqımız da olacaq”, – Beka Odişaria bildirib.